Xidmət Sahəsi

Biznesinizin daimi hüquq komandası

Şirkətlər üçün hüquqi ehtiyaclar tək dəfəlik məsələ ilə bitmir — gündəlik fəaliyyətdə müqavilə, əmək, uyğunluq və danışıq məsələləri daim ortaya çıxır. Bu xidmətdə şirkətinizə ayrıca hüquq şöbəsi kimi, komanda şəklində davamlı dəstək göstəririk: sənədlər vaxtında yoxlanılır, suallar operativ cavablandırılır, risklər əvvəlcədən aşkarlanır.

Şirkətinizin məhkəmədə təmsil olunmasından korporativ hüquq məsələlərinə qədər — bu xidmət sayəsində şirkətinizin ayrıca ştatda hüquqşünas saxlamasına ümumiyyətlə ehtiyac qalmır. Şirkətinizə aid bütün hüquqi məsələləri komanda şəklində, tam məsuliyyətlə həll edirik.

  • Davamlı (abunə əsaslı) hüquqi məsləhət xidməti
  • Bütün müqavilələrin yoxlanışı və tərtibi
  • Əmək hüququ və daxili qaydaların idarə edilməsi
  • Tənzimləyici tələblərə uyğunluq (compliance)
  • Danışıqlarda və tərəfdaşlıq müzakirələrində iştirak
  • Zəruri halda məhkəmə və dövlət orqanlarında təmsilçilik
Şirkətlərə hüquqi yardım
Komanda Şəklində Dəstək

Şirkətinizlə kim işləyəcək

Bu xidmət tək bir vəkillə deyil, işin xarakterinə görə cəlb olunan hüquqşünaslardan ibarət kiçik komanda ilə göstərilir.

Tağıyev Beyrək

Tağıyev Beyrək

Vəkil, Komanda Rəhbəri

Kommersiya və korporativ hüquq sahəsində 10+ il təcrübə.

Əbülfəz Zeynalov

Əbülfəz Zeynalov

Vəkil

Hüquq sahəsində 15 ildən artıq təcrübə.

Komanda işin həcminə görə genişlənir — mürəkkəb layihələrdə əlavə mütəxəssislər cəlb olunur. Aylıq dəstək haqqı şirkətin böyüklüyü və iş yükünə uyğun olaraq 500 ₼-dən başlayaraq müəyyənləşdirilir.

Prosesimiz

Necə işləyirik

01

Tanışlıq və Audit

Biznesinizin mövcud müqavilə və sənəd bazasını nəzərdən keçiririk.

02

Xidmət Planı

Ehtiyaclarınıza uyğun dəstək həcmini və formatını müəyyən edirik.

03

Davamlı Dəstək

Gündəlik suallar, sənəd yoxlanışı və danışıqlarda operativ dəstək.

04

Hesabatlılıq

Görülən işlər üzrə mütəmadi hesabat və risk qiymətləndirməsi təqdim edirik.

Şirkətiniz üçün davamlı hüquqi tərəfdaş axtarırsınız?

Biznesinizi bizə tanıdın — sizə uyğun dəstək formatını birlikdə müəyyən edək.

+994 50 209 91 07 WhatsApp
💬